"Taliban" Əfqanıstanda məhbusların döyülməsini qadağan edib

30-10-2021, 08:18

"Taliban" Əfqanıstanda məhbusların döyülməsini qadağan edib

"Taliban" Əfqanıstanın şimal-qərbindəki Herat əyalətində cinayət törətməkdə şübhəli bilinərək saxlanılan şəxslərə qarşı zorakılıq tətbiq etməyi qadağan edib.

Ordum.az xəbər verir ki, bu barədə yerli "Əfqanıstanın Səs Agentliyi" məlumat yayıb.

"Cinayətdə şübhəli bilinən şəxs 12 saat ərzində polis bölməsinə gətirilməlidir. Onun həbsi barədə isə yalnız məhkəmə qərar verə bilər. Saxlanılan şəxs qaçmaq istəsə, polis əməkdaşları həbs qərarı olmadan da hərəkət edə bilər. Lakin istənilən halda hüquq-mühafizə orqanı əməkdaşının şübhəliləri özbaşına döymək hüququ yoxdur", - yeni qərarda belə deyilir.

Qərar son vaxtlar yerli sakinlərdən "Taliban" silahlılarının mülki şəxslərə qarşı zorakılıq tətbiq etməsi ilə bağlı şikayətlərin artması ilə bağlıdır.

Bundan əlavə, sentyabrın 25-də Heratda adam oğurluğunda günahlandırılan 4 sakin hər kəsin gözü qarşısında edam edilib.




Facebook'da Paylaş