Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan sərhədində baş verən son insidentlərdən narahatlıqlarını ifadə ediblər

16-11-2021, 10:45

Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan sərhədində baş verən son insidentlərdən narahatlıqlarını ifadə ediblər

ATƏT-in Minsk Qrupunun həmsədrləri (ABŞ-dan Endryu Şafer, Fransadan Bris Rökföy və Rusiyadan İqor Xovayev) regionda, o cümlədən Ermənistan-Azərbaycan sərhədində baş verən son insidentlərdən narahatlıqlarını ifadə ediblər.

Ordum.az xəbər verir ki, bu barədə həmsədrlərin birgə bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, həmsədrlər tərəfləri gərginliyi azaltmaq üçün dərhal konkret addımlar atmağa çağırırlar: "Həmsədrlər həmçinin tərəfləri təxribat xarakterli hərəkətlərdən çəkinməyə və 10 noyabr 2020-ci il tarixli bəyanat və digər birgə razılaşdırılmış atəşkəs sazişləri üzrə öhdəliklərini tam yerinə yetirməyə çağırırlar".

Xatırladaq ki, noyabrın 13 və 14-də Ermənistan silahlı qüvvələri Azərbaycan ordusuna qarşı bir sıra təxribatlar həyata keçirib. Təxribatlar noyabrın 13-də Ermənistan vətəndaşının Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atmasından sonra törədilib.




Facebook'da Paylaş