Kolumbiya televiziyasında Azərbaycanın Vətən müharibəsindəki zəfərindən danışılıb

13-11-2021, 20:00

Kolumbiya televiziyasında Azərbaycanın Vətən müharibəsindəki zəfərindən danışılıb

Kolumbiyanın nüfuzlu “NTN24” telekanalının “Xəbərlər” proqramında Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin ilk ildönümü ilə bağlı bu ölkədəki səfirimiz Məmməd Talıbovun müsahibəsi efirə gedib.

Ordum.az
xəbər verir ki, müsahibədə bir il öncə Azərbaycanın 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq öz ərazi bütövlüyünü bərpa etdiyi məlumat verilib və bu ərazilərin işğalçı dövlət tərəfindən kütləvi minalanmaya və irimiqyaslı dağıntılara məruz qaldığı üçün hazırda ölkəmizin burada ardıcıl yenidənqurma işləri apardığı bildirilib.

Təmsilçimiz Ermənistanın 10 noyabr və 11 yanvar tarixli üçtərəfli sənədlərin bütün şərtlərini yerinə yetirmədiyini, Azərbaycanın bu ölkə ilə yekun sülh sazişi imzalamağa hazır olduğunu artıq bəyan etdiyi halda, qarşı tərəfindən bu xüsusda müsbət addım atılmadığını qeyd edib və bölgədə davamlı sülhün başlıca şərtinin Ermənistanın öz ərazi iddialarınan əl çəkməsi və Azərbaycanın ərazi bütövlüyünü tanıması olduğunu söyləyib.

Müharibə ərzində mülkü insanlar arasında itkilər və hərbi əsirlərlə bağlı suala münasibətdə Azərbaycanın mülkü insanların təhlükəsizliyinə xüsusi diqqət yetirdiyi halda, Ermənistanın Azərbaycan ərazisində aparılan hərbi əməliyyatlar zamanı müharibə cinayətlərinə əl ataraq münaqişə bölgəsindən uzaqda yerləşən şəhərlərimizi raket zərbələrinə məruz qoyduğu və 100-dən çox soydaşımızın həlak olması və yaralanmasına səbəb olduğu qeyd edilib.

Eyni zamanda, Azərbaycan tərəfindən həbs edilmiş ermənilərin hərbi əməliyyatların başa çatması və 10 noyabr üçtərəfli bəyanatının imzalanmasından sonra Azərbaycan ərazisinə keçərək terror aktları törətməyə cəhd edən diversantlar olduğu və bu səbəbdən hərbi əsir deyil, terorçu kimi qəbul edildiyi söylənilib




Facebook'da Paylaş