ANAMA-nın sədri Avropa İttifaqının Azərbaycandakı yeni rəhbəri ilə görüşüb

10-11-2021, 16:46

ANAMA-nın sədri Avropa İttifaqının Azərbaycandakı yeni rəhbəri ilə görüşüb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri, səfir Peter Mixalkonun müşayiət etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Bu barədə Ordum.az-a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, işğaldan azad edilən ərazilərdə ANAMA tərəfindən həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları, qarşıya qoyulmuş prioritetlərə əsasən planlaşdırılmış layihələr, eləcə də minatəmizləmə fəaliyyətinin əsas meyarlarından biri olan mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə sahəsində icra edilən təlimlər barədə məlumat verilib.

Səfir Peter Mixalko Aİ-nın Azərbaycanda icra edilən humanitar minatəmizləmə fəaliyyətini hər zaman dəstəklədiyini və Agentliyin fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.

Həmçinin görüşdə minatəmizləmə fəaliyyəti, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə, eləcə də minadan zərərçəkənlərə yardım üzrə Aİ-nın mümkün humanitar maliyyə yardımı və bu sahədə gələcək əməkdaşlığın perspektivləri üzrə fikir mübadiləsi aparılıb.




Facebook'da Paylaş