BMT: Nigeriyada 11 milyon insanın humanitar yardıma ehtiyacı var

7-11-2021, 08:37

BMT: Nigeriyada 11 milyon insanın humanitar yardıma ehtiyacı var

Nigeriyada terrorçuluğunu yayılması və silahlı dəstələrin fəallığı fonunda azı 11 milyon insanın təcili humanitar yardıma ehtiyacı var.
Ordum.az xəbər verir ki, bunu BMT-nin Nigeriyadakı humanitar əməliyyatlarının koordinatoru Edvard Kallon deyib.

Kallon xatırladıb ki, Nigeriya terror təhlükəsi baxımından Əfqanıstan və İraqdan sonra dünyada üçüncü yerdədir.

“Nigeriyanın müxtəlif bölgələri terror təhdidləri ilə üz-üzədir. Fermer tayfalarının qarşıdurması və "Boko Haram" silahlılarının fəaliyyəti nəticəsində yüz minlərlə sakini məcburi köçkün vəziyyətinə düşüb”, - deyə BMT koordinatoru qeyd edib.

O xatırladıb ki, 20 il ərzində Nigeriyada 20 mindən çox dinc sakin "Boko Haram" terrorçularının qurbanı olub.




Facebook'da Paylaş