BMT baş katibi: “Pandemiya dünyada 100 milyon insanı yoxsulluq həddinə çatdırıb”

12-10-2021, 08:37

BMT baş katibi: “Pandemiya dünyada 100 milyon insanı yoxsulluq həddinə çatdırıb”

BMT-nin baş katibi Antoniu Quterreş Beynəlxalq Valyuta Fondunun dövlətlərin koronavirus pandemiyasından bərpasına həsr olunmuş tədbirində bildirib ki, COVID-19 pandemiyası dünyada 100 milyondan çox insanı yoxsulluğa sürükləyib, milyardlarla insanın praktiki olaraq heç bir sosial dəstəyi yoxdur.

Bu barədə Ordum.az xarici mətbuata istinadən xəbər verir.

"Pandemiya dünyada yüz milyondan çox insanı yoxsulluq həddinə çatdırıb. Dörd milyarddan çox insanın praktiki olaraq heç bir sosial dəstəyi yoxdur, səhiyyə xidməti mövcud deyil, təcili ehtiyac olduqda gəlirlərin qorunması yoxdur", - Quttereş deyib.

Onun sözlərinə görə, peyvəndlərin paylanılmasındakı bərabərsizlik dünyanı milyonlarla insanı ölümə məhkum edir, trilyonlarla dollara başa gələ biləcək və ən kasıb ölkələrin iqtisadiyyatına zərbə vura biləcək iqtisadi tənəzzülü uzadır.

"Pandemiyaya son qoymaq və qlobal iqtisadiyyatın davamlı, hərtərəfli şəkildə bərpasını təmin etmək üçün cəsarətli kollektivə ehtiyacımız var", - BMT rəhbəri deyib.




Facebook'da Paylaş