Türk Şurası ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə olunub

5-11-2021, 16:46

Türk Şurası ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Xarici işlər naziri Ceyhun Bayramovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Ordum.az-a verilən məlumata görə, tərəflər Türk Şurasının qarşıdan gələn Zirvə görüşü və yüksək səviyyəli tədbir öncəsində keçiriləcək toplantılara hazırlıq, bu çərçivədə qəbul olunacaq sənədlərlə bağlı fikir mübadiləsi aparıblar.

Baş katib Bağdad Amreyev Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşə məmnunluqla istinad edib və təşkilatın cari sədri qismində dövlət başçısı tərəfindən verilən tapşırıqlarla bağlı qeydlərin götürüldüyünü bildirib.

Nazir Ceyhun Bayramov Türk Şurası ilə əməkdaşlığın Azərbaycan üçün əhəmiyyət kəsb etdiyini vurğulayıb və sədrliyi dövründə görülən işlərin bunun bariz göstəricisi olduğunu qeyd edib. Bu müddət ərzində TŞ Katibliyinin fəaliyyəti məmnunluqla vurğulanıb.

Görüş zamanı, həmçinin təşkilatın gündəliyində duran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb




Facebook'da Paylaş