Erməni ictimai xadim: “Bu gün İran Ermənistanı özü üçün düşmən ölkə hesab edir”

11-10-2021, 10:32

Erməni ictimai xadim: “Bu gün İran Ermənistanı özü üçün düşmən ölkə hesab edir”

“İran və Azərbaycan əlaqələrinin gərgin olduğunu yazdığınız qədər İran və Ermənistan münasibətlərinin də gərgin olduğunu niyə yazmırsınız?”.

Ordum.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni ictimai xadim Vahram Sahakyan yazıb.

Onun sözlərinə görə, bu gün İran Ermənistanı özü üçün düşmən ölkə hesab edir.

“Düşünməmisinizmi ki, Azərbaycana müttəfiq olan ölkə İran üçün düşmən ola bilməz? Öz politoqlarınıza və siyasətçilərinizə az qulaq asın. Bir az fikirləşmək zərər verməyəcək”, - deyə Sahakyan bildirib.




Facebook'da Paylaş