Mişa dövlət çevrilişinə cəhddə ittiham edilib

2-10-2021, 11:37

Mişa dövlət çevrilişinə cəhddə ittiham edilib


Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobahidze Mixail Saakaşvilini dövlət çevrilişinə cəhddə ittiham edib.
Gürcüstan KİV xəbər verir ki, o, eks-prezidentin bu cəhdlərinin baş tutmadığını əlavə edib.
“O, Gürcüstana dövlət çevrilişinə cəhd hədələrini reallaşdırmaq və iğtişaşlar törətmək üçün gəlib. Hüquq-mühafizə orqanları yeni cinayətin qarşısını almaq üçün bütün müvafiq addımları atıb”-deyə Kobahidze açıqlama verib.
Xatırladaq ki, Mixail Saakaşvili ötən gecə saxlanılıb. Gürcüstandan gələn məlumatlara görə, o, hazırda Rustavi həbsxanasında saxlanılır.




Facebook'da Paylaş