Liviya Qarabağın bərpasında iştirak etməyə maraq göstərir

16-10-2021, 15:22

Liviya Qarabağın bərpasında iştirak etməyə maraq göstərir

"Liviya Azərbaycanın işğaldan azad edilmiş bölgələrində bərpa və yenidənqurma işlərində iştirak etməkdə maraqlıdır".

Bunu Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm bildirib.

“Bununla bağlı zəruri məlumatları ölkəmizin aidiyyəti qurumlarına çatdırırıq. Azərbaycanla təkcə Qarabağda yox, bütövlükdə mədəniyyət, təhsil və s. sahələrdə əməkdaşlığı genişləndirmək istərdik. Mövcud əlaqələrimiz bundan sonra inkişaf etdiriləcək”, – diplomat deyib




Facebook'da Paylaş