Milli Qəhrəman İlqar Mirzəyev haqqında “Artilleriyanın atası” adlı film çəkilib

13-07-2022, 13:30

Milli Qəhrəman İlqar Mirzəyev haqqında “Artilleriyanın atası” adlı film çəkilib

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş sənədli filmlərin istehsalı davam edir.

Ordum.az xəbər verir ki, “Artilleriyanın atası” adlanan sonuncu film Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevə həsr olunub.

2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olmuş polkovnik İlqar Mirzəyev haqqında çəkilmiş filmin rejissoru və ssenari müəllifi Musazadə Kamalə Mehralı, operatoru Soltan Abdullayev, montajçıları Musazadə Kamalə Mehralı və Sabir Əskərzadə, prodüseri isə Nazim Hüseynovdur.

“Artilleriyanın atası” sənədli filminin təqdimat mərasimi İlqar Mirzəyevin şəhidliyinin ildönümündə, 14 iyul 2022-ci il tarixində, saat 19-00-da Nizami Kino Mərkəzində olacaq. Qeyd edək ki, 2020-ci ilin 12-14 iyul tarixlərində Ermənilərin növbəti təxribatı nəticəsində Tovuz döyüşlərində Polad Həşimov və İlqar Mirzəyevlə birlikdə 12 nəfər şəhid olub.




Facebook'da Paylaş