Müharibə veteranlarına 202 manat müavinət verilməsi təklif edilir

13-05-2022, 12:56

Müharibə veteranlarına 202 manat müavinət verilməsi təklif edilir

“Silahlı qüvvələrin pensiya təminatı” haqqında yeni qanunun hazırlanmasına ehtiyac var.

Ordum.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat bildirib ki, müharibə veteranlarına verilən müavinətlərin də məbləği çox azdır:

“Onların müavinətinin 202 manat səviyyəsində verilməsi ədalətli olardı”.




Facebook'da Paylaş