FHN: "Vətən müharibəsi zamanı psixoloji problemlər yaşayan 7 min şəxsə yardım göstərilib

28-02-2022, 11:44

FHN: "Vətən müharibəsi zamanı psixoloji problemlər yaşayan 7 min şəxsə yardım göstərilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 Çevik Xidmət Mərkəzində Vətən müharibəsi zamanı psixoloji problemlər yaşayan 7 mindən çox müraciət üzrə yardım göstərilib.

Ordum.az xəbər verir ki, bu barədə FHN-in 112 Çevik Xidmət Mərkəzinə təşkil olunan media-turda məlumat verilib.

Bildirilib ki, Mərkəzdə 44 günlük Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan vətəndaşlara, o cümlədən qazilər, şəhid ailəsi üzvləri, ümumilikdə erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanlara psixoloji yardımın göstərilməsi təşkil olunub.




Facebook'da Paylaş