Şəkidə “Şəhər Günü” keçirilir

7-07-2022, 12:00

Şəkidə “Şəhər Günü” keçirilir

Bu gün Şəkidə Dövlət Turizm Agentliyinin və Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhər Günü” keçirilir.

Ordum.az xəbər verir ki, tədbir çərçivəsində yerli sənətkarların əl işləri və qida nümunələrinin sərgi-satış yarmarkası, həmçinin musiqi proqramı, fleşmob və yerli teatrın tamaşası və Ənənəvi Şəki Qida Festivalı təşkil ediləcək.

Xatırladaq ki, 2019-cu il iyulun 7-də Bakıda keçirilmiş UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. 2021-ci il iyulun 7-də Şəkidə keçirilən təntənəli mərasimdə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı təşkilatın baş direktoru tərəfindən imzalanan sertifikat şəhər rəhbərliyinə təqdim olunub. Həmin tədbirdə hər il iyulun 7-nin Şəkidə “Şəhər Günü” kimi qeyd olunması qərara alınıb.




Facebook'da Paylaş