Ukraynada Vətən müharibəsinə həsr olunan çempionata start verilib

12-11-2021, 15:42

Ukraynada Vətən müharibəsinə həsr olunan çempionata start verilib

Ukrayanın Lvov şəhərində yerli komandalar arasında Azərbaycanın Zəfər gününə həsr olunan futzal çempionatına start verilib.

Ordum.az-ın məlumatına görə, çempionat Lvov vilayəti Mini-Futbol Assosiyasiyası, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Gənclər və İdman Departamenti, konqresin Lvov üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Departamentin və nümayəndəliyin rəhbəri Şəhriyar Məhərrəmov bildirib ki, çempionatda 10 komanda iştirak edir. Bunlar Ukraynanın “GlobalLogic”, “FlexoRes”, “Armiks”, “Kopa”, “QaliIO”, “FC Berkut”, “Ruh Family”, "Ekobudstil", "Graundteks" və “Karabakh Lvov”dur. Çempionat bir ay davam edəcək.

Yarışın açılışında Azərbaycanın 2020-ci il sentyabrın 27-də əks-hücumla başlatdığı 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərin ruhu yad olunub, qələbənin əhəmiyyətindən bəhs edilib.




Facebook'da Paylaş