Zəfər Günü paytaxtdakı bir sıra binalar Azərbaycan bayrağı ilə işıqlandırılıb

10-11-2021, 18:24

Zəfər Günü paytaxtdakı bir sıra binalar Azərbaycan bayrağı ilə işıqlandırılıb

Əzəli torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən şanlı qələbəmizin birinci ildönümü münasibətilə 8 noyabr - Zəfər Günündə Bakının müasir memarlıq nümunələri və tarixi binaları qələbə simvolu olan rəmzlərlə işıqlandırılıb.

Bu barədə Ordum.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, Zəfər Günü İqtisadiyyat Nazirliyinin Heydər Əliyev prospektində yerləşən inzibati binasının üzərində də xüsusi işıqlandırma ilə Azərbaycan bayrağı və Xarı bülbül əks olunub.




Facebook'da Paylaş