Əliyev Azərbaycanın dost və qardaş ölkələrini barışdırır

24-12-2020, 14:19

Əliyev Azərbaycanın dost və qardaş ölkələrini barışdırır

Azərbaycan Prezidenti İlham Əliyev İsraillə Türkiyə arasındakı əlaqələri yoluna qoymağa çalışır iddiası ilə amerikalı siyasi icmalçı Barak Ravid “Axios” portalında hazırladığı məqaləsində çıxış edib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti tərəflər arasında gərginliyin ortadan qaldırılması məsələsini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bir müddət öncəki telefon danışığında dilə gətirib.
“Əliyevin müşavirləri İsraildən olan həmkarlarına deyiblər ki, Ərdoğan münasibətlərin yaxşılaşdırılması ideyasına müsbət reaksiya verib”, – deyə o bildirib.
Ravid Ərdoğanın şəxsən İsrailə qarşı olmadığını iddia edib. O, həmçinin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun bir müddət öncə İsraildən olan həmkarı Qabi Aşkenazi ilə telefon danışığı zamanı İsraillə Türkiyə arasında maneələri ortadan qaldırmaq üçün yaxşı zamanın gəldiyini ifadə etdiyini yazıb.




Facebook'da Paylaş