Qarabağ müharibəsi veteranı Türkiyədə hərbi andiçmə mərasimində iştirak edib

26-07-2024, 09:16

Qarabağ müharibəsi veteranı Türkiyədə hərbi andiçmə mərasimində iştirak edib

Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbi andiçmə mərasimi keçirilib. Mərasimdə QTM-Türk DEGS Qafqaz üzrə eksperti, Qarabağ müharibəsi veteranı, ehtiyyatda olan polkovnik Akif QASIMOV da iştirak edib.
Akif QASIMOV “Diaspornews.az”a belə bir tədbirə qatılmağından çox böyük fəxarət hissi keçirdiyini bildirib: “Biz “Bir millət, iki dövlət” olaraq hərbçilərimizlə qürur duyuruq. İki qardaş və dost ölkənin hərbiçilərini çiyin-çiyinə dayanan görmək türkün gücünün və həmrəyliyinin nümayişidir”.

Qeyd edək ki, tədbirdə tamaşaçıların Türkiyənin dövlət bayrağı ilə yanaşı, Azərbaycanın dövlət bayrağını da əllərində dalğalandırması diqqət çəkib.






Facebook'da Paylaş