Müstafi Tümamiral Doç. Dr. Cihat YAYCI paşanın rəhbərlik etdiyi TÜRK DEGS Mərkəzi ilə QAFQAZ TARİXİ mərkəzi-Türkiyə Təmsilçiliyinin birgə layihəsi əsasında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 106-cı illiyi münasibətilə “Qarabağ Zəfərinə Gedən Yol” adlı 26 iyun – Silahlı Qüvvələr Günü konfransı keçirilib.
Konfrans, torpaqlarımızın azadlığı uğrunda canından keçən Türkiyə və Azərbaycan Şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və hər iki qardaş ölkənin Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.
Giriş sözü ilə, Topkapı Universiteti DEGS Araşdırma Direktoru Şafak YILDIRIM konfrans iştirakçılarını salamlayaraq Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasında Ulu Öndər Heydər ƏLİYEVİN rolunu vurğulayıb və bayram münasibətilə Azərbaycan Ordusunun hərbçilərini təbrik edib.
Konfransda strateji və yönetim uzmanı e.yarbay Halil MERT komutan Türk dünyasının birliyi, onun qədim tarixi, Türk xalqları arasında dostluq münasibətləri və Azərbaycan Türkiyə Silahlı Qüvvələrinin birgə fəaliyyətləri barədə geniş məlumat verib.
QAFQAZ TARİXİ MƏRKƏZİ -Türkiyə Təmsilçisi, Türk DEGS Qafqaz üzrə eksperti, Qarabağ Müharibəsi veteranı ehtiyyatda olan polkovnik Akif QASIMOV “Qarabağ Zəfərinə Gedən Yol ” adlı slayd təqdimatında aşağıdakı suallarla məruzə edib:
– Azərbaycan Ordusunun yaranması tarihi
– Azərbaycan Türkiyə hərbi münasibətlərin təməli
– Heydər ƏLİYEV – Azərbaycan Ordusunun memarı
– İlham ƏLİYEV və Müasir Ordu quruculuğu
– Azərbaycan NATO əlaqələri
– Qarabağ zəfəri “DƏMİR YUMRUQ ƏMƏLİYYATI ”
Akif QASIMOV öz çıxışında
Ümümmilli Lider Heydər ƏLİYEVİN hakimiyyətə gəlişindən sonra ordu quruculuğunun diqqət mərkəzində olduğunu və ordunun təkmilləşdirilməsi, müasir ordu sisteminə keçid dövrü isə Azərbaycanın prezidenti İlham ƏLİYEV tərəfindən daha da inkişaf etdirildiyini vurğulayıb.
Daha sonra TÜRK DÜNYASI DƏRNƏKLƏRİ FEDERASİYASININ başqanı Halit KANAK, iş adamı Emin ƏHMƏDOV Azərbaycan Ordusunun Qarabağdakı qəhrəmanlıq dastanı, milli müdafiə sənayesinin vacibliyi və iki qardaş ölkə arasında əlaqələrin inkişafına dair çıxış ediblər.
Araşdırmaçı yazar Hakan SANCAR, əmisi Nobel Mükafatçısı professor doktor Aziz SANCARIN Azərbaycan barədəki xatirələrini və Azərbaycana olan sevgisini konfrans iştirakçıları ilə bölüşüb.
Azərbaycanlı müəllimə Elnarə FƏTULLAYEVA dahi Azərbaycan şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan Türkiyə” şeirini söyləyib və Qarabağ münaqişəsinin Azərbaycan xalqının yaddaşında silinməz iz buraxdığını qeyd edib.
Konfransda Giresun Dərnəkləri başqanı Hüseyin CEBECİ, Topkapı Üniversitesi Türk DEGS kademeli Uzmanı Beyzanur BURUK, öz bilim uzmanı Turan Koray YURTSEVENER, Ilk Zirve TV rəhbəri Alper Gülebaş, iş adamı Ömer DANİŞMENT, psixoloq Şəfa Nağısoy, tələblər və digər qonaqlar iştirak ediblər.
Konfransda Azərbaycan Ordusu ilə əlaqədar tanıtım klipləri nümayiş etdirilib və konfransın sonunda iştirakçılarla xatirə şəkli çəkilib.