Ehtiyatda olan polkovnik qazilərlə bağlı təkliflə çıxış edib

1-07-2024, 22:43

Ehtiyatda olan polkovnik qazilərlə bağlı təkliflə çıxış edib

Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik, Qafqaz Tarixi Mərkəzinin Türkiyə təmsilçisi Akif Qasımov Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təkliflə çıxış edib.
“Diaspornews.az” xəbər verir ki, Akif Qasımov təklifində bildirib: “1071 tarixində gerçəkləşən Malazgirt Savaşından sonra Böyük Səlçuqlu Sultan Alp Arslan, "QILINC HAKKI" adlı siyasəti ilə əldə edilən torpaqlarda döyüşçülərə torpaq verirdi. Bununla da komandir və əsgərlər arasında həm stimul, həm də Anadolunun sürətli şəkildə türkləşməsinə səbəb olurdu.
"QILINC HAQQI" təcrübəsinə istinadən, "Qarabağ Müharibəsi Veteranı" və buna uygun adlara sahib olan döyüşçülərə işğaldan azad olunmuş bölgələrdə torpaq yaşayış sahəsinin verilməsini təklif edirəm”.




Facebook'da Paylaş