"Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına Xankəndi şəhəri, Şuşa, Zəngilan, Xocavənd, Xocalı, Qubadlı, Laçın, Ağdam, Cəbrayıl, Füzuli və Kəlbəcər rayonları daxildir”,.
Ədliyyə Nazirliyinin Facebook səhifəsindəki canlı yayımda nazirliyin təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov deyib ki, "idarənin bütün strukturlar üzrə fəaliyyətinin təşkili üçün zəruri addımlar atılır".
Nazirlik rəsmisi bildirir ki, hazırda "Qarabağ Regional Ədliyyə İdarəsinin kadrlarla komplektləşdirmə işinə başlanıb:
"İdarənin kadrlarla bağlı bir qismi komplektləşdirilib. İcra və probasiya qurumlarının kadrlarının komplektləşdirilməsi işinə başlamışıq. Çalışılır ki, ədliyyə qurumları daha səriştəli, təcrübəli, bilikli əməkdaşlardan komplektləşdirilsin".