Mixael Zavulunov: “Azərbaycan dünyanı özünə cəlb edən ölkədir”

22-04-2023, 22:14

Mixael Zavulunov: “Azərbaycan dünyanı özünə cəlb edən ölkədir”
Aprelin 22-də Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə Bakıda qonaq olan tanınmış ictimai xadim, iş adamı, xeyriyyəçi, “Tacikistan” Fondunun prezidenti Mixael Zavulunovla görüşü olub. Xatırladaq ki, Tacikistanda doğulan Mixael Zavulunov yəhudi əsillidir və 30 ildən artıqdır ki, ABŞ-da yaşayır. Azərbaycanda ilk dəfə 35 il öncə olub. Azərbaycan sevdalısı olan Mixael Zavulunov 2019-cu ildə Bakıda parlament seçkilərini müstəqil müşahidəçisi olaraq izləyib.

O, növbəti səfərində Azərbaycana gəldikdə ölkəmizdəki inkişafa və dəyişikliyə heyran olduğunu deyir. Onun “Azərbaycan özündə maraq yaradan və dünyanı özünə cəlb edən ölkədir” deməsi, yəqin ki, hər bir azərbaycanlının ürəyincədir.

O, görüşdə Azərbaycanla bağlı təəssüratlarını bölüşərək yerli sakinlərin davranış və geyim tərzini bəyəndiyini deyib: “Bakıda geniş küçə və prospektlər görüdüm. Eyni zamanda bu küçə və prospektlər boyunca tarixi, eləcə də müasir binalar çox diqqətimi çəkdi. Bakıda gözəl, dəbdəbəli dukanlar, cəlbedici reaklam lövhələri maraq doğurur. Azərbaycanda yerli əhalinin milli-mənəvi dəyərləri, restoranlarda milli mətbəxi qoruyub saxlaması bizi valeh etdi. Bakıda çoxlu turistlə rastlaşdıq və xüsusən şəhərin təhlükəsizliyi yüksək səviyyədədir. Azərbaycan dahi şairlərin, musiqiçilərin doğulduğu ölkədir. Biz uşaqlıqda Azərbaycan musiqlərini çox dinləmişik. Azərbaycan bəstəkarlarının musiqilərini Bakıda dinləmək məni uşaqlığıma apardı. Azərbaycan xalqı ilə yəhudi xalqı arasında qarşılıqlı mədəni bağlılıq var”.

Mixael Zavulunov 28-30 aprel tarixlərində Bakıda növbəti dəfə baş tutacaq Formula 1 yarışı ilə bağlı görülən təşkilati işləri çox yüksək qiymətləndirib.
Sonda Mixael Zavulunov Azərbaycanın ABŞ-dakı səfirlik və Baş Konsulluğunun nümayəndələrinə onun üçün təcili şəkildə təşkil etdikləri köməyə və viza dəstəyinə görə dərin minnətdarlığını bildirib.
"Özümü xalqınızın bir parçası kimi hiss etdim. Bakıya uçmaq istəyimə çox hörmətlə yanaşdılar. Bizə öz həmvətənləri kimi münasibət göstərdilər və mən bununla fəxr edirəm. TƏŞƏKKÜR!" -o deyib.




Facebook'da Paylaş