Xocalı soyqırımı
Xocalı soyqırımıGünəş, necə yanırsan?!
Necə alovlanırsan?!
Yer, niyə dolanırsan?!
Dayanıb sükutla dur!
Dərk et bu fəlakəti.
Görünməz müsibətdir,
Xocalı müsibəti!
Yerdə qalsa belə qan,
Əl üzülər dünyadan.
Məğrurdur Azərbaycan!
Cəzasız qalmayacaq,
Törədən cinayəti!
Dəhşətlər dəhşətidir,
Xocalı müsibəti!Hikmət ziya.Azərbaycan torpağı öz zənginliyinə, mövqeyinə görə düşmənlərin məkrli planlarıyla üzləşib. Torpaqlar itirib, soyqırımlar, faciələr yaşayıb. O faciələrdə ailələr məhv olub, uşaqlar anasız, atasız, köksüz, ailəsiz qalıblar. Ana qucağından, ata sevgisindən məhrum qalaraq böyüyüblər. O qanlı, yaddaşdan silinməz günlərdən biri də fevralın 26-sı baş verən soyqırımı idi, Xocalı soyqırımı...
Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı soyqırımında azı 3813 din əhali qətlə yetirilib. Onlardan 63 uşaq,106 qadın,70 qoca və qarı olmaqla, 613 nəfərinin meyiti tapılıb. Qalanlarından 1200 nəfəri bataqlıqda boğublar, 2000 nəfəri isə xocalı ətrafındatonqallarda yandırıblar. Onların yalnız ömürləri yox, arzuları, istəkləri, xəyalları da yarımçıq qaldı...
Neçə-neçə ailə tamamilə məhv edildi ki, bu da “soyqırımı”ifadəsinin açıq şəkildə nümunəsidir. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirməklə, valideyn şəfqətinə və sevgisinə ac böyüyüblər. Bəlli olan məlumatlara görə 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb,150 nəfər əsir götürülüb. 68 qadın və 26 uşağın isə taleyi hələ də məlum deyil.
Həmin soyqırımda hərbi jurnalist Çingiz Mustafayev Xocalı həqiqətlərini lentə almış və bütün dünyaya çatdırmağa vasitə olmuşdu. Bu gün Azərbaycan xalqı onu böyük ehtiramla yad edir.
Bu gün hər bir azərbaycanlı bu qanlı günü yada salaraq yaralarının bir də qanamasına icazə verirlər, icazə verirlər ki, gələcək nəsil bu günü unutmasın, unutdurmasın!
Lamiyə CƏNNƏTZADƏ]
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin birinci kurs tələbəsi
Facebook'da Paylaş