Türkiyə Gürcüstana hərbi dəstək göndərib

18-12-2022, 18:02

Türkiyə  Gürcüstana hərbi dəstək göndərib


Türkiyə Gürcüstana hərbi dəstək göndərib

Türkiyə hökuməti aviasiya və hava hücumundan müdafiə imkanlarının təkmilləşdirilməsi məqsədilə Gürcüstanın Müdafiə Qüvvələrinə müxtəlif növ texnikalar təhvil verib. Bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Marneuli aeradromunda texnikanın hədiyyə olaraq təhvil verilmə mərasmində müdafiə nazirinin müavini Qriqol Giorqadze, Müdafiə Qüvvələri komandanının müavini, briqada generalı İrakli Çiçinadze və Türkiyənin Gürcüstandakı səfiri Əli Kaan Orbay iştirak ediblər. Qeyd olunub ki, Gürcüstan Aviasiya və Hava Hücumundan Müdafiə Komandanlığına Türkiyə tərəfdən 2 ədəd aerodrom xüsusi texnikası və UH-1H helikopterləri üçün ehtiyat hissələri çatdırılıb. Daha sonra Aviasiya və Hava Hücumundan Müdafiə Komandanı, polkovnik Serqo Ninua və Türkiyə Respublikasının Müdafiə Attaşesi, polkovnik Burak Altıner tərəfindən imzalanan texnikanın ötürülməsi protokolu imzalanıb. Avadanlıqların ötürülməsi Türkiyə Cümhuriyyəti ilə imzalanmış hərbi maliyyə əməkdaşlığı sazişi çərçivəsində həyata keçirilib. Bildirilib ki, Gürcüstan və Türkiyə uzun illərdir müdafiə sahəsində sıx əməkdaşlıq edir.




Facebook'da Paylaş