Müdafiə Nazirliyi: "Ermənistan tərəfinin yaydığı məlumat tamamilə yalandır"

25-11-2022, 10:18

Müdafiə Nazirliyi: "Ermənistan tərəfinin yaydığı məlumat tamamilə yalandır"

"Noyabrın 24-ü saat 21:30-dan 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir".

Bu barədə Ordum.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd edilib.




Facebook'da Paylaş