“Dövlət Proqramı yerli sahibkarların Qarabağa sərmayə qoymasına hüquqi təminatlar yaradcaq”

17-11-2022, 13:39

“Dövlət Proqramı yerli sahibkarların Qarabağa sərmayə qoymasına hüquqi təminatlar yaradcaq”

Səməd Vəkilov: “Dövlət Proqramı yerli sahibkarların Qarabağa sərmayə qoymasına hüquqi təminatlar yaradcaq”

Ordum.az xəbər verir ki, bu fikirləri Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas ekspert Səməd Vəkilov Prezident İlham Əliyevin sərəncamı ilə İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı təsdiqlənməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə Cənab Prezident tərəfindən İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı təsdiqlənməsini məcburi köçkünlərin müəyyən olunmuş zaman kəsiyində öz doğma yurdlarına qayıtması təmin olunacaq. Bundan başqa Dövlət Proqramının 8-ci maddəsində sənədin maliyyələşmə mənbələri göstərilmişdir. Maddəyə əsasən Dövlət Proqramına dair tədbirlərin icrası zamanı yerli və xarici investisiyalar cəlb ediləcək. Eyni zamnda Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsinə özəl investisiyaların cəlb olunması təşviq ediləcəyidə xüsusi vurğulanmışdır. Bu isə Qarabağa sərmayə qoymasına hüquqi təminatlar yaradcaq.




Facebook'da Paylaş