Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

3-11-2022, 21:02

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Ordumuzun mövqeləri atəşə tutulub.
Müdafiə Nazirliyindən Ordum.az-a verilən məlumata görə noyabrın 3-ü saat 20:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.




Facebook'da Paylaş