Zakir Həsənov: "XTQ-nin döyüş hazırlığının daha da artırılması daim diqqət mərkəzindədir

3-11-2022, 16:30

Zakir Həsənov: "XTQ-nin döyüş hazırlığının daha da artırılması daim diqqət mərkəzindədir

"Xüsusi Təyinatlı Qüvvələrin döyüş hazırlığının daha da artırılması daim diqqət mərkəzindədir".

Ordum.az-ın xəbərinə görə, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) qarşısında çıxışı zamanı deyib.

Müdafiə naziri çıxışında xüsusi təyinatlıların Vətən müharibəsində, eləcə də son qarşıdurmalarda göstərdikləri şücaət və qəhrəmanlıq nümunələrinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Onların təminat-təchizatının, o cümlədən döyüş hazırlığının daha da artırılmasının daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Sonda general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunda qazanılan döyüş təcrübəsinin öyrənilməsi və müasir üsullarla keçirilən təlim-məşq prosesində tətbiq edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən noyabrın 2-də Azərbaycanın cənub sərhədlərinə yaxın ərazilərdə XTQ-nin hərbi hissələrinin təlimi başlayıb.




Facebook'da Paylaş