Vətən müharibəsi dövründə ermənilərin dağıtmaq istədiyi mühüm obyektlərin adları açıqlanıb - SİYAHI

17-10-2022, 14:56

Vətən müharibəsi dövründə ermənilərin dağıtmaq istədiyi mühüm obyektlərin adları açıqlanıb - SİYAHI

Vətən müharibəsi dövründə qanunsuz silahlı erməni birləşmələri tərəfindən partladılması böyük dağıntılara səbəb ola biləcək mühüm obyektlərin adları açıqlanıb.

Ordum.az-ın xəbərinə görə, bunu Gəncədə səfərdə olan baş prokurorun birinci müavini Elçin Məmmədov deyib.

O bildirib ki, Vətən müharibəsi zamanında qanunsuz silahlı erməni birləşmələri tərəfindən edilən təcavüzkar hücumlar yalnız mülki şəxslərin yaşadıqları məntəqələrə deyil, partladılması böyük dağıntılara səbəb ola biləcək mühüm obyektlərə də cəhd edilib:

"Belə ki, Bakı-Novorossiysk neft kəməri, Mingəçevir Su Elektrik Stansiyası (SES), Qərb İxrac Boru kəməri, Cənubi Qafqaz genişlənmiş Boru kəməri, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Qəbələ Beynəlxalq Hava Limanı da hədəfə alınmışdı".




Facebook'da Paylaş