İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması müzakirə edilib

14-10-2022, 17:07

İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması müzakirə edilib

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması üzrə görüləcək işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Ordum.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin 3 avqust 2022-ci il tarixli sərəncamı ilə yaradılmış işğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun ilk iclası keçirilib.

İşçi Qrupun rəhbəri, nazir Pərviz Şahbazovun sədrliyi ilə keçirilən iclasda “İşğaldan azad edilmiş əraziləriə 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın icrası ilə bağlı görüləcək işlər və qarşıda duran vəzifələr nəzərdən keçirilib. Tədbirlər Planının əsas müddəaları barədə təqdimat dinlənilib və mövzu ətrafında müzakirələr aparılıb.

İşçi Qrupun fəaliyyətinin təşkilinə dair fikir mübadiləsinin nəticəsi olaraq Katiblik funksiyasının yerinə yetirilməsi Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə həvalə edilib. Müzakirə edilən digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

İşçi Qrupunun tərkibinə İqtisadiyyat, Maliyyə, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Fövqəladə Hallar nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı", “Azərenerji”, “Azərişıq” ASC-lər və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) daxildir.




Facebook'da Paylaş