Azərbaycan Ordusu Qarabağdakı erməni təxribatçılara xəbərdarlıq edib: “Dəmir yumruq” yerindədir

10-10-2022, 13:08

Azərbaycan Ordusu Qarabağdakı erməni təxribatçılara xəbərdarlıq edib: “Dəmir yumruq” yerindədir

“Azərbaycan Ordusu Ermənistanın, hər hansı dövlətin suverenliyimizə, ərazi bütövlüyümüzə qarşı hər hansı təhdidinə qətiyyətlə cavab verməyə hər an hazırdır”.

Ordum.az-ın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini, polkovnik Elşad Əbilov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda deyib.

“Hər kəs bilsin ki, “Dəmir yumruq” yerindədir. Ərazilərimizdə yaşayan ermənilər də əgər Azərbaycan dövlətinin vətəndaşlığını qəbul edib, yaşamaq istəyirlərsə, bundan sonra hər hansı təxribat törətməsinlər, bizi əsəbləşdirməsinlər. Əgər belə hal olacaqsa, Azərbaycan Ordusunun qətiyyətli reaksiyasını görəcəklər”, - polkovnik vurğulayıb.




Facebook'da Paylaş