Çavuşoğlu:"Şuşanın azadlığı mübarək olsun!"

8-11-2020, 14:48

Çavuşoğlu:"Şuşanın azadlığı mübarək olsun!"

“Azərbaycanın mədəni paytaxtı, qədim Şuşa şəhərinin azadlığı mübarək və uğurlu olsun. Bayraq günündə şanlı Azərbaycan bayrağı bir daha enməməklə Şuşada da dalğalanacaq. Üçrəngli bayrağınla məsud yaşa, Azərbaycan!”
Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu tvitterdə yazıb.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə Şuşa şəhərinin işğaldan azad edildiyini bəyan edib.




Facebook'da Paylaş