BMT Baş katibi nüvə fəlakəti ilə bağlı xəbərdarlıq edib

23-09-2022, 12:28

BMT Baş katibi nüvə fəlakəti ilə bağlı xəbərdarlıq edib

“Nüvə fəlakəti dünya üçün dözülməz olar”.

Ordum.az xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş tviter səhifəsində yazıb.

“Zaporojye Atom Elektrik Stansiyasında vəziyyət ciddi narahatlıq doğurur. Nüvə infrastrukturuna hansısa hücum planet və insanlar üçün dəhşətli nəticələrə səbəb ola bilər”, - o bildirib.

Xatırladaq ki, daha öncə Rusiya Prezidenti Vladimir Putin Qərbə qarşı nüvə silahını tətbiq edə biləcəyinə işarə etmişdi.




Facebook'da Paylaş