Ukrayna kəşfiyyatı: "Rusiyanın hərbi potensialı gələn ilin yayınadək bəs edəcək"

20-09-2022, 16:57

Ukrayna kəşfiyyatı: "Rusiyanın hərbi potensialı gələn ilin yayınadək bəs edəcək"

Ukraynada müharibəni davam etdirmək üçün Rusiyanın hərbi potensialı azı 2023-cü ilin yayınadək çatacaq.

Ordum.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin (BKİ) nümayəndəsi Vadim Skibiktski bildirib.

Onun sözlərinə görə, çox şey Ukraynaya beynəlxalq yardımdan, ilk növbədə, döyüş sursatı, silah və hərbi texnikanın verilməsindən və anti-Rusiya sanksiyalarından asılı olacaq.

V.Skibiktski deyib ki, hazırda Rusiya hərbi müdafiə kompleksinə tətbiq edilən sanksiyalar çox səmərlidir: "Sanksiyalar, ilk növbədə, raket silahlarının istehsalına tətbiq edilir. Xüsusən də dövlətimizə qarşı daha çox "Kalibr", "İsgəndər" kimi qanadlı raketlər istifadə olunub. Gələcəkdə hər şey bu amillərdən asılı olacaq. Amma Rusiyanın resursu da artıq tükənib. Düşmən başa düşsün ki, sonrakı döyüşlər onun üçün iflasa uğrayacaq. Sanksiyalar davam edir. Rusiyanın potensialı azı gələn ilin yayınadək davam gətirəcək”.




Facebook'da Paylaş