Ukrayna Baş Qərargahı: "Məhv edilən Rusiya təyyarələrinin sayı 250-yə çatıb

15-09-2022, 10:31

Ukrayna Baş Qərargahı: "Məhv edilən Rusiya təyyarələrinin sayı 250-yə çatıb

“Son sutkada Ukraynada Rusiya ordusunun 200 hərbçisi məhv edilib”.

Ordum.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 53 850-yə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 193 tank, 4 682 zirehli döyüş maşını, 1 295 artilleriya sistemi, 311 reaktiv yaylım atəşi sistemi, 167 hava hücumundan müdafiə sistemi, 250 təyyarə, 215 helikopter, 908 PUA, 233 qanadlı raket, 15 gəmi, 3 522 avtomobil texnikası və avtosistern, 120 xüsusi texnikadan ibarətdir.




Facebook'da Paylaş