Ağdərədə düşmənin hərbi kolonu MƏHV EDİLDİ

5-11-2020, 19:54

Ağdərədə düşmənin hərbi kolonu MƏHV EDİLDİ
Ağdərədə düşmənin hərbi kolonu pusquya salınaraq MƏHV EDİLDİ
Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Ağdərə istiqamətində həyata keçirilən xüsusi əməliyyat nəticəsində Ermənistanın silahlı qüvvələrinə məxsus hərbi kolon pusquya salınaraq məhv edilib.
Müdafiə Nazirliyindən (MN) Ordum.az-a verilən xəbərə görə, Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən 1 komandir, 1 rabitə avtomobili, şəxsi heyət və sursatla dolu 2 ədəd “KamAz” maşını və qoşqusunda top olan 3 ədəd “Ural” maşını tamamilə məhv edilib.




Facebook'da Paylaş