Laçın dəhlizində Rusiya sülhməramlılarının postları sökülür

24-08-2022, 13:16

Laçın dəhlizində Rusiya sülhməramlılarının postları sökülür

Laçın dəhlizində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi postların sökülməsinə başlanılıb.

Ordum.az xəbər verir ki, söküntü işlərinə avqustun 23-dən start verilib və davam etdirilir.

Bununla da Laçın şəhəri, Laçın rayonunun Zabux və Sus kəndləri aid olduğu dövlətin - Azərbaycanın nəzarətinə keçəcək.

Müvəqqəti postlar Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Qarabağla Ermənistan arasında əlaqəni təmin edən yeni hərəkət marşrutunda quraşdırılacaq.




Facebook'da Paylaş