İran sərhəd bölgəsinə qoşun toplamaqda davam edir.

30-10-2020, 22:01

İran sərhəd bölgəsinə qoşun toplamaqda davam edir.

Nə olub görəsən. Azərbaycan öz sərhəd rayonlarını işğaldan azad etdikdən sonra İran öz tərəfindəki sərhəd rayonlarına qoşun toplamaqla məşğuldur.
Hər dəfə ərazi bütövlüyünə, beynəlxalq sərhədləri qorumağa, beynəlxalq qanunlara, hüquqa hörmət etməyi vurğulayan İran bir yandan da həmin əraziyə qoşun yığmaqdadır. Sözügedən əraziyə, yəni Azərbaycan Respublikası ilə həmsərhəd olan şimal-qərb bölgəsinə əvvəlcə İran İslam Mühafizləri Korpusunun Quru qoşunları və Hava Hücumundan Müdafiə hissələri yerləşdirildi, indi də Silahlı qüvvələrin Quru qoşunlarının hissələri gətrilibdir.
İlk öncə onu deyək ki, Azərbaycan Respublikasının İranla sərhəd rayonlarındakı əraziləri vəhşi, təcavüzkar, insan adını daşımağa layiq olmayan ermənilərin işğalında olan zamanlarda İranın Azərbaycanla üzbəüz rayonlarında nə SEPAH və nə də silahlı qüvvələrin hissələri yox idi. Əksinə, orada olan hərbçilər ermənilərlə alver etməklə məşğul idilər.
Azərbaycan Respublikası öz torpaqlarının sərhəd bölgəsindəki ərazilərini erməni işğalından azad edəndən sonra İran, qeyd edildiyi kimi, həmin məntəqəni silah-sursat, müxtəlif təyinatlı qoşun hissələri ilə doldurmağa başlayıbdır.
Çox sadə bir sual yaranır?
İndi nə olub ki, hər iki ordunu n(İranda iki ordu var - SEPAH və Silahlı qüvvələr) hərbi hissələri həmin ərazilərdə yerləşdirilməkdədir.
Deyirlər, İran ehtiyatlı siyasət yeridir. Əslində İran həmişə ikibaşlı siyasət yeridir, üzdə bir söz deyir, arxada başqa işlər çevirir.
Doğrudan da İran müəmmalı işlər görür.
İran İslam Respublikasının şimal-şərqində Azərbaycan Respublikası ilə müştərək sərhədə malik Şərqi Azərbaycan əyalətinə (mərkəzi Təbriz) gələn komandanlar sərhəd rayonlarında yaşayanların təhlükəsizliyinin təmin edilməsini özlərinin ən ümdə vəzifəsi və borcu hesab etdiklərini daim vurğulayırlar.
Bir daha təkrar edirik ki, hər dəfə həmin yüksək rütbəli komandanların, generalların vurğuladığı kimi sərhəd əraziləri və orada yaşayanların həyatı üçün heç bir təhlükə olmadığı halda burada bu qədər hərbi qüvvələr cəmləşdirmək nə deməkdir?
Bu addım həmin ikibaşlı siyasətin görünən üzlərindən biridirmi? Yoxsa …..

Vidadi Mustafa

30 oktyabr 2020




Facebook'da Paylaş