Ərdoğan Soçidə nəyə nail oldu?
Ərdoğan Soçidə nəyə nail oldu?Ərdoğan-Putin görüşü haqqında bir neçə ciddi mənbələrdə yayılan məlumatlar qardaş Türkiyənin doğru xarici siyasət yürütdüyünə bir daha əminlik yaradır: bu ölkə Qərb və Rusiya arasında əsas kommunikasiya kanalına, əsas "pəncərəyə" çevrilir və bu, hər üç tərəfə (Qərb, Rusiya, Türkiyə) divident gətirir.
Bu sözləri ekspert Natiq Cəfərli bildirib.
O qeyd edib ki, Türkiyə Rusiyaya ixracını kəskin artırır, bazardan gedən Qərb şirkətlərini əvəz edir, həm də Qərbin Rusiyaya satmaq, Rusiyadan almaq istədiyi məhsulların əsas kanalı funksiyasını yerinə yetirir:
“İki ölkə arasında ticarət dövriyyəsinin yaxın zamanda 100 mlrd. dollara çatdırılması hədəfi qoyulub (2021 də 33 mlrd. dollar olub), deməli, Türkiyənin "pəncərə" rolu xeyli artacaq.
Görüşün siyasi və təhlükəsizlik yükü də çox önəmli idi, Rusiya ilə Türkiyə Suriyada, Liviyada birbaşa, Qafqazda isə dolayısı ilə üz-üzədir, toqquşan maraqları çoxdur, amma diplomatiya, siyasət də məhz uzlaşma sənətidir.
Əminliklə söyləmək olar ki, Rusiyanın Türkiyəyə ehtiyacı artır, bu isə bizim üçün çox yaxşı haldır, son illər Türkiyə və Azərbaycan xarici siyasətdə sinxron davranır, bir-birini tamamlayırlar”.
Facebook'da Paylaş