Türkiyənin Mosuldakı Baş Konsulluğuna iki raket atılıb

27-07-2022, 14:09

Türkiyənin Mosuldakı Baş Konsulluğuna iki raket atılıb

Türkiyənin İraqın Mosul şəhərində yerləşən Baş Konsulluğuna hücumun təfərrüatları məlum olub.

Ordum.az "Milliyət"ə istinadən xəbər verir ki, diplomatik nümayəndəliyə 2 raket atılıb.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Amma ətrafdakı tikililələrə və avtomobillərə ziyan dəyib.

Şahidlərin sözlərinə görə, ərazidə yaşayan bəzi ailələr evlərini tərk ediblər.




Facebook'da Paylaş