BMT: 2021-ci ildə 150 ​​minə yaxın yəmənli evlərini tərk edib

24-12-2021, 09:28

BMT: 2021-ci ildə 150 ​​minə yaxın yəmənli evlərini tərk edib

2021-ci ildə Yəməndə baş verən şiddətli döyüşlər səbəbindən 150 minə yaxın vətəndaş evlərini tərk etmək məcburiyyətində qalıb.

Ordum.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) tviter səhifəsində məlumat yayılıb.

Məlumatda qeyd edilir ki, bu il əksəriyyəti Marib, Taiz və Hudeydadan olan təxminən 150 min yəmənli evlərini tərk edib.

Yəmən hökuməti bildirib ki, müharibə başlayandan bu günədək məcburi köçkünlərin sayı 4,1 milyon nəfərə çatıb.

Ölkədə 2014-cü ilin sentyabrından silahlı qarşıdurma davam edir. Husilər paytaxt Səna da daxil olmaqla ölkənin qərbində geniş əraziləri ələ keçirib. Hökumət qüvvələri Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının dəstəyi ilə 2015-ci ilin mart ayından husilərə qarşı döyüşür




Facebook'da Paylaş