Zakir Həsənov Türkiyədə səfərdədir, "Efes-2022" təlimini izləyəcək

7-06-2022, 10:46

Zakir Həsənov Türkiyədə səfərdədir, "Efes-2022" təlimini izləyəcək

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə "Efes-2022" beynəlxalq təlimini izləmək üçün qardaş ölkəyə işgüzar səfər edib.

Bu barədə Orsum.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgini də ziyarət edəcək.




Facebook'da Paylaş