Türkiyə Silahlı Qüvvələri İraqda terrorçuları zərərsizləşdirib

1-06-2022, 08:42

Türkiyə Silahlı Qüvvələri İraqda terrorçuları zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri PKK-nın 4 terrorçusunu zərərsizləşdirib.

Ordum.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyat xüsusi təyinatlıların dəstəyi ilə İraqın şimalında həyata keçirilib.

Nazirlik qeyd edib ki, terrorçular hücuma hazırlaşırmış. “Türkiyə Silahlı Qüvvələri terrorla mücadiləsini davam etdirir”, - nazirlikdən bildirilib.




Facebook'da Paylaş