Türkiyə hərbçiləri İraqın şimalında terrorçuları zərərsizləşdirib

3-04-2022, 09:20

Türkiyə hərbçiləri İraqın şimalında terrorçuları zərərsizləşdirib

Türkiyə PUA-sı İraqın şimalında 4 terrorçunu məhv edib.

Ordum.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyat İraqın şimalındakı Qəndil bölgəsində həyata keçirilib.

Silahlılar pilotsuz uçan aparatdan endirilən zərbə ilə zərərsizləşdirilib.

Müdafiə Nazirliyi terrorla mübarizəni davam etdirmək əzmində olduğunu bəyan edib.




Facebook'da Paylaş