Vaqif Dərgahlı: Ermənistandan S-300 ZRK işğal olunmuş ərazilərimizə daxil olduğu anda məhv ediləcək

29-09-2020, 15:53

Vaqif Dərgahlı: Ermənistandan S-300 ZRK işğal olunmuş ərazilərimizə  daxil olduğu anda məhv ediləcək

Vaqif Dərgahlı: Döyüşlərdə istifadə üçün Ermənistandan hərəkət edən S-300 ZRK işğal olunmuş ərazilərimizə daxil olduğu anda məhv ediləcək.

Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Yerevanın hava məkanını müdafiə edən “S-300” zenit-raket kompleksləri (ZRK) döyüş növbətçiliyindən çıxarılaraq işğal olunmuş ərazilərimiz istiqamətində hərəkət edir.
Ordum.az Azərtaca istinadla bildirir ki, bunu açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.
V.Dərgahlı bildirib ki, onları da Ordumuz tərəfindən Dağlıq Qarabağda Ermənistan ordusunun məhv edilən digər döyüş texnikalarının aqibəti gözləyir.
Son döyüşlər bir daha göstərir ki, Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılan mif əsassızdır.




Facebook'da Paylaş