Lavrovdan Qarabağla bağlı AÇIQLAMA

24-08-2020, 10:14



Facebook Twitter Google+ VKontakte Odnoklassnik Instagram

Rusiya ATƏT-in Minsk Qrupundakı tərəfdaşları ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların mümkün qədər tez bərpa olunması üzərində işləyir.
Bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov "Trud" qəzetinə müsahibəsində deyib:
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin tezliklə bərpa olunmasını gözləyirik. Bunun üzərində ATƏT-in Minsk Qrupundakı tərəfdaşlarımızla birlikdə işləyirik".
Nazirin qeyd etdiyi kimi, Rusiya Xarici İşlər Nazirliyi münaqişənin həlli üçün fəal vasitəçilik səyləri göstərdi:
"ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bu müddət ərzində iki ölkənin xarici işlər orqanlarının rəhbərliyi ilə birbaşa təmasda olub. Nəticədə Rusiyanin fəal vasitəçiliyi ilə, ilk cəhdən olmasa da, 16 iyul tarixindən atəşkəs əldə edilib".
P.S. Erməni qövmü Lavrov-Kələntəryan ATƏT-in Minsk Qrupunun fəaliyyətini bərpa etməklə bir az da vaxtı uzadıb Beyrut ermənilərinin Qarabağda məskunlaşmasına şərait yaratmağa çalışır.




Facebook'da Paylaş