Gürcüstandan xəyanət: Tovuzu bombalamaq üçün Serbiyadan Ermənistana minaatan ötürdü

20-07-2020, 12:46


Gürcüstandan Azərbaycana xəyanət: Serbiya Gürcüstanın köməyi ilə Tovuzu bombalamaq üçün minaatan göndərdi

Ermənistan ordusunun Azərbaycanla sərhəddə iyulun 12-dən başlamış və dörd gün davam edən xain təcavüz əməlinə əvvəlcədən hazırlıq görüldüyünə dair yeni sensasion faktlar üzə çıxıb.
haqqın.az-ın verdiyi məlumata görə Hərbi mənbələrdən məlum olub ki, həmin təcavüz əməliyyatından bir neçə gün əvvəl Serbiyadan Ermənistana iri partiyada müxtəlif çaplı minaatan mərmiləri çatdırılıb. Həmin sursat quru yoluyla, Gürcüstan üzərindən Ermənistana keçirilib.
Habelə sosial şəbəkələrdə bu ərəfələrdə Gürcüstan üzərindən Ermənistana “KamAZ” avtomobilləri ilə Rusiyadan digər hərbi ləvazimatlar, o cümlədən minaatanlar və “Qrad” qurğuları üçün launçerlərin daşındığı haqda da məlumatlar yayılıb.
Azərbaycan hökuməti minaatan mərmilərinin Ermənistana Serbiyadan və Gürcüstan üzərindən çatdırıldığına dair təkzibedilməz məlumatlara malikdir
Bu faktlar Azərbaycan tərəfinin ciddi narahatlığına və belə demək olarsa, hiddətinə səbəb olub. Çünki həm sursat və hərbi ləvazimatların öz ərazisindən Ermənistana daşınmasına imkan verən Gürcüstan, həm Ermənistana bu sursatları təchiz edən Serbiya Azərbaycanın dost, yaxın tərəfdaş hesab etdiyi ölkələrdir.




Facebook'da Paylaş