Parlament sədri Müdafiə nazirini qəbul edib

22-01-2020, 11:36

Gürcüstan Parlamentinin sədri Azərbaycanın Müdafiə nazirini qəbul edib



Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordum.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri çərçivəsində yanvarın 21-də general-polkovnik Zakir Həsənovla Gürcüstan Parlamentinin sədri Arçil Talakvadze arasında görüş keçirilib.
Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq, qarşılıqlı etimad üzərində qurulduğunun bildirildiyi görüşdə dövlət başçılarının mütəmadi işgüzar görüşləri və səfərlərinin əlaqələrimizin daha da güclənməsinə təkan verdiyi xüsusi qeyd olunub. Tərəflər qarşılıqlı maraqlara cavab verən bu münasibətlərin regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsinə xidmət etdiyini bildiriblər.
Görüşdə həmçinin terrorizmə və separatizmə qarşı mübarizə aparan ölkələr olaraq Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinin və bu məsələlərdə qarşılıqlı dəstəyin vacib olduğu bir daha vurğulanıb.




Facebook'da Paylaş