Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatında yeni ərazi partiya təşkilatı yaradılıb

4-03-2022, 11:31

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatında yeni ərazi partiya təşkilatı yaradılıb

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatında yeni ərazi partiya təşkilatı yaradılıb.

Abşeron rayonunda YAP Laçın rayon təşkilatının 35 saylı yeni ərazi partiya təşkilatı yaradılıb.
Ordum.az xəbər verir ki,bu münasibətlə təşkil olunmuş yığıncaqda yeni yaradılan ərazi partiya təşkilatının qarşısında duran vəzifələr müzakirə olunub, təşkilati məsələlərə baxılaraq ərazi partiya təşkilatına sədr və sədr müavini seçilib.
Tədbirdə iştirak edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov , yeni seçilmiş sədr Şamama Əmirovanı, sədr müavini Cəmilə Nəcəfovanı təbrik edərək, təşkilatın işlərində uğurlar arzulayıb, iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb. Çıxış edən İ.İlyasov VII qurultayda YAP rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr və öhdəliklər haqda partiya fəallarına məlumat verib.










Facebook'da Paylaş