Ermənilərin açdığı atəş nəticəsində Tərtərdə mülki tikiliyə güllə dəyib

6-02-2022, 12:30

Ermənilərin açdığı atəş nəticəsində Tərtərdə mülki tikiliyə güllə dəyib

Ermənilərin açdığı atəş nəticəsində Tərtərdə yaşayış məntəqəsi ərazisindəki mülki tikiliyə güllə dəyib.

Bu barədə Ordum.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Bildirilir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri fevralın 6-ı saat 00:23-dən 02:12-dək heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb.

Hadisə nəticəsində mülki əhali və bölmələrimizin şəxsi heyəti arasında xəsarət alan yoxdur




Facebook'da Paylaş